"Kəpəz" komandasının qış hazırlıq planı bəlli olub

"Kəpəz" komandasının qış fasiləsindəki hazırlıq planı bəlli olub.

Bu barədə "Report"a müsahibəsində klubun İdarə Heyətinin sədri İlqar Nadiri açıqlama verib.

Funksioner bildirib ki, "sarı-göylər" yanvarın 7-də Türkiyənin Antalya şəhərində təlim-toplanışına başlayacaq: "Hazırlıq prosesi ayın 18-dək davam edəcək. 3 yoxlama oyunu nəzərdə tutulub. Yəqin ki, qısa zamanda rəqiblərin adları mətbuata açıqlanacaq".

Qeyd edək ki, "Kəpəz" 17 turdan sonra 11 xalla 9-cu pillədə qərarlaşıb.

İlqar Nadirinin müsahibəsinin tam mətnini buradan oxuya bilərsiniz.

Digər xəbərlər