"Kəpəz" klubu fəaliyyətini davam etdirəcək

Bakı. 24 iyul. REPORT.AZ/ 2017/2018 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu yeri tutan "Kəpəz" klubu fəaliyyətini davam etdirəcək.

"Report" xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov qurumun bu gün baş tutan İcraiyyə Komitəsinin iclasından sonra bildirib.

O, deyib ki, Gəncə təmsilçisi 2018/2019 mövsümündə I divizionda çıxış edəcək.

Digər xəbərlər