"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.
Gəncə təmsilçisindən "Report"a verilən məlumata görə, əyalət klubu Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə anlaşıb.
31 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Bəxtiyar Həsənalızadə ötən mövsüm "Sabah"da çıxış edib.