"Kəpəz"in 1000-ci qolunu vuraraq tarixə düşdüyüm üçün xoşbəxtəm.
Bunu "Report"a açıqlamasında "Kəpəz" klubunun yarımmüdafiəçisi Viktor Braqa deyib.
Azərbaycan Premyer Liqasının V turunda keçirilən "Sabah"la matçda Gəncə təmsilçisinin ölkə çempionatları tarixində 1000-ci qolunun müəllifi olan braziliyalı futbolçu tarixi statistika iə bağlı danışıb:
"Qarşılaşmadan əvvəl bu barədə söhbətlər olmadığı üçün heç nədən xəbərim yox idi. Oyun başa çatdıqdan sonra bildim ki, "Kəpəz"in 1000-ci qolunu vurmuşam. Mənim üçün özəl an odu. Belə bir qolun müəllifi olaraq tarixə düşdüyüm üçün xoşbəxtəm".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının V turunda "Kəpəz" "Sabah"a 2:3 hesabı ilə məğlub olub.