Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Kəpəz"i qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 48-ci dəqiqədə Kərim Diniyev, 58-ci dəqiqədə isə İlkin Sadıqov vurub.
Qeyd edək ki, bu, "Kəpəz"in cari mövsümdə ilk qələbəsidir. Hazırda komandanın aktivində 4 xal var.