"Milan"ın aparıcı futbolçusu İngiltərə klubu ilə müqavilə imzalayıb

İngiltərənin "Nyukasl" klubu İtaliya "Milan"ından Sandro Tonaloni heyətinə qatıb.

"Report" Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İtaliya millisinin də formasını geyinən oyunçu ötən mövsüm A Seriyasında 34 matçda iştirak edib, iki qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər