İtaliya millisi yeni rekorda imza atıb

Futbol üzrə İtaliya millisi yeni dünya rekorduna imza atıb.

"Report"un məlumatına görə, Roberto Mançininin baş məşqçi olduğu kollektiv buna İsveçrə millisi ilə qolsuz heç-heçə etdikləri DÇ-2022-nin seçmə oyununda nail olub.

Bu nəticədən sonra italyanlar ardıcıl 36 oyunda məğlubiyyətlə üzləşməyib. Daha əvvəl hansısa yığma bu nailiyyəti gerçəkləşdirə bilməyib.

Qeyd edək ki, komanda 5 oyunda sonra 11 xalla C qrupunun lideridir. İtaliya seçməsi bu il AVRO-2020-nin də qalibi olub.

Digər xəbərlər