İtaliya Kuboku: “Milan” finalda

“Milan” İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “İnter”i məğlub edərək finala yüksəlib.

“Report” xəbər verir ki, görüş “rossonerilər”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Luka Yoviç dubl edibsə (36, 50), Tijani Reynders üçüncü qola (85) imza atıb.

İki oyunun nəticəsinə əsasən “İnter”i 4:1 hesabı ilə üstələyən "Milan" adını həlledici raunda yazdırıb.

İkinci finalçının adına bu gün təşkil olunacaq “Bolonya” - “Empoli” matçında aydınlıq gələcək. İlk görüşdə “Bolonya” 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, final matçı mayın 14-də baş tutacaq. Kubokun son sahibi “Yuventus” bu turniri ən çox qazanan komandadır.

Xəbər lenti