İtaliya Kuboku: Milan derbisində qalib müəyyənləşməyib

Futbol üzrə İtaliya Kubokunda yarımfinal mərhələsinə start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma baş tutub.

Milan derbisində şəhərin eyniadlı təmsilçisi ilə "İnter" üz-üzə gəlib. Görüşdə qalib müəyyənləşməyib. Komandalar arasında cavab matçı aprelin 20-də olacaq.

Qeyd edək ki, yarmfinalın digər oyununda "Yuventus" "Fiorentina" ilə münasibətlərinə aydınlıq gətirəcək.

Digər xəbərlər