İsveçrə ilk qələbəsini qazanıb, Yunanıstan qrup qalibi olub

UEFA Millətlər Liqasında IV turun ilk 9 matçı keçirilib.

"Report"un məlumatına görə, qarşılaşmalardan hərəyə 2-si A və B Liqalarında, 4-ü C, 1-i isə D Liqasında oynanılıb.

A Liqasının 2-ci qrupunda İsveçrə lider Portuqaliyanı elə birinci dəqiqədə Haris Seferoviçin qolu ilə yenərək, ilk qələbəsinə imza atıb - 1:0. Bu komandalar arasındakı II tur matçında Portuqaliya böyük hesabla qalib gəlmişdi.

Qrupun digər görüşündə İspaniya Çexiya üzərində 2:0 hesablı qələbə qazananraq, liderliyə yüksəlib. Praqadakı qarşılaşmada İspaniya son anda məğlubiyyətdən xilas olaraq, 2:2 hesablı heç-heçə etmişdi.

B Liqasının 4-cü qrupunda lider Norveç İsveçi qəbul edəcək. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2. Qalib komandadan Erlinq Holann "dubl" edib. Serbiya isə son pillədəki Sloveniya ilə səfərdə məhsuldar heç-heçə edib - 2:2.

C Liqasında Yunanıstan ən yaxın izləyicisi Kosovoya 2:0 hesabı ilə qalib gələrək, 2-ci qrupun qalibi olub. Şimali İrlandiya isə Kiprlə görüşdə 2 top fərqi ilə geri düşsə də, məhsuldar heç-heçəyə nail olub - 2:2.

Gürcüstan 4-cü qrupunda Bolqarıstanla ev oyununda qolsuz heç-heçə edərək, ilk xal itkisi ilə üzləşib. Əvəzində Şimali Makedoniyanın öz meydanında Cəbəllütariqi darmadağın edib - 4:0.

Nəhayət, 3 komandalı D Liqasındakı görüşdə Malta San Marinonu yenib və qrup lideri Estoniya ilə xallarını bərabərləşdirib.

UEFA Millətlər Liqası
IV tur
12 iyun

A Liqası

2-ci qrup

22:45. İsveçrə - Portuqaliya - 1:0

Qollar: Haris Seferoviç, 1

Digər xəbərlər