İspaniya yığmasının sabiq futbolçusu Argentina klubundan ayrılıb

İspaniya millisinin sabiq futbolçusu İker Munyain Argentinanın "San-Lorenso" klubundan ayrılıb.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçi 2024-cü ildən bu komandada çıxış edirdi.

Qeyd edək ki, İ.Munyain Argentina təmsilçisinin heyətində 26 oyun keçirib, 4 qola, bir məhsuldar ötürməyə imza atıb.

Digər xəbərlər