İspaniya millisinin və "Barselona"nın mərkəz müdafiəçisi Pau Kubarsinin zədəsi ciddi deyil.
"Report" xəbər verir ki, 18 yaşlı oyunçu Millətlər Liqasının 1/4 finalın mərhələsinin Niderlandla ilk oyununda (2:2) zədələnərək meydanı tərk edib.
Lakin müayinə sonrası futbolçunun əzələsindəki zədənin ciddi olmadığı üzə çıxıb.
Qeyd edək ki, İspaniya və Niderland yığmaları arasında cavab oyunu martın 23-də keçiriləcək.