İnternat tipli xüsusi ümumtəhsil məktəbinin şagirdləri "Qarabağ" klubunun qonağı olublar

Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinin şagirdləri "Qarabağ" klubunun qonağı olublar.

"Report" xəbər verir ki, görüşdə Ağdam təmsilçisinin baş direktoru Emrah Çelikel, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, baş məşqçi Qurban Qurbanov, komandanın üzvləri, həmçinin adıçəkilən məktəbin müəllimləri iştirak ediblər.

Səmimi və xoş atmosferdə keçən görüş zamanı Qurban Qurbanov və futbolçular şagirdlərlə yaxından ünsiyyət qurub, onlarla xatirə şəkilləri çəkdiriblər.

Digər xəbərlər