"İnter" yeni transferini açıqlayıb

İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" Milan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu argentinalı Xoakin Korrea ilə anlaşıb.

27 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Xoakin Korrea son olaraq İtaliyada "Latsio"nun formasını geyinib.

Digər xəbərlər