İtaliyanın "İnter" klubunun 3 müdafiəçisi - Stefan de Vrey, Françesko Açerbi və Matteo Darmian komandadan ayrılıb.
"Report" A Seriyası təmsilçisinə istinadən xəbər verir ki, futbolçuların müqaviləsinin müddəti başa çatıb.
34 yaşlı S.Vrey 2018-ci ildən, 36 yaşlı M.Darmian isə 2021-ci ildən komandanın heyətində çıxış edib.
38 yaşlı F.Açerbi isə 2023-cü ildən Milan klubunun formasını geyinib.