"İnter" klubu tarixində ilk dəfə iranlı futbolçu transfer edib

İtaliyanın "İnter" kollektivi tarixində ilk dəfə iranlı futbolçu transfer edib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Milan təmsilçisi Mehdi Taremi ilə 3 illik müqavilə bağlayıb.

31 yaşlı hücumçunun sonuncu klubu Portuqaliya təmsilçisi "Portu" olub.

İran millisinin də şərəfini qoruyan M.Taremi 86 matçda 49 qol vurub.

Digər xəbərlər