İngiltərə Premyer Liqasında yarımavtomatik ofsayd aşkarlama sistemi tətbiq olunacaq

İngiltərə Premyer Liqasında (EPL) yarımavtomatik ofsayd aşkarlama sistemi tətbiq olunacaq.

"Report" xəbər verir ki, bu barədə EPL-in mətbuat xidməti məlumat yayıb.

Sistem ilk olaraq XXXII turun görüşlərində fəaliyyətə başlayacaq.

Qeyd edək ki, yarımavtomatik ofsayd aşkarlama sistemi artıq İngiltərə futbolunda istifadə olunur. Sistem 2024/2025 mövsümündə ölkə kubokunun V mərhələsindən etibarən tətbiq edilir.

Xəbər lenti