İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib

Futbol üzrə İngiltərə Premyer Liqasının ikinci turunun səfər oyununda "Arsenal" "Aston Villa"nı məğlub edib.

"Report" xəbər verir ki, Birmingemdəki "Villa Park" stadionunda keçirilən görüş 1:0 hesabı ilə başa çatıb.

Yeganə qolun müəllifi "topçular"ın yarımmüdafiəçisi Bukayo Saka olub.

Növbəti turda "Arsenal" sentyabrın 6-da London derbisində "Çelsi"ni qəbul edəcək, "Aston Villa" isə bir gün əvvəl səfərdə "Hall Siti" ilə oynayacaq.

Digər xəbərlər