UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçirilib.
"Report"un məlumatına görə, A, B və C Liqalarında ümumilikdə 6 qarşılaşma baş tutub.
A Liqasının 3-cü qrupunda Almaniya İngiltərəni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qonaqlar məğlubiyyətdən son dəqiqələrdə Harri Keynin penalti qolu ilə qurtulublar. Qrupun digər oyununda İtaliya Macarıstanı 2:1 hesabı ilə yenərək, liderliyə yüksəlib.
B Liqasının 3-cü qrupunda Finlandiya Monteneqronu 2:0, Bosniya və Herseqovina isə Rumıniyanı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Nəhayət, C Liqasının 1-ci qrupunda Lüksemburq səfərdə Farer adalarına Jerson Rodrigesin dəqiq penalti zərbəsi ilə qalib gəlib. Gecənin ən bol qollu qarşılaşmasında isə Türkiyə səfərdə Litvanı 6 cavabsız qolla darmadağın edib.
UEFA Millətlər Liqası
A Liqası
3-cü qrup
22:45. Almaniya - İngiltərə - 1:1
Qollar: Yonas Hofmann, 51 - Harri Keyn, 88