İbrahimoviç məşqlərə qoşuldu

İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç məşqlərə qoşulub.

"Report"un "Sky Italia"ya istinadən məlumatına görə, 40 yaşlı hücumçu 1,5 aylıq fasilədən sonra sıraya dönüb.

İsveçli forvard əvvəlcə 2020-ci il noyabrın 22-də "Napoli"yə 3:1 hesabı ilə qalib gəldikləri A Seriyasının oyununda baldır əzələlərini dartıb. O, meydanlara qayıdış ərəfəsində isə əzələsindən daha bir xəsarət alıb.

Qeyd edək ki, Zlatan İbrahimoviç fərdi proqramla hazırlaşıb. O, yanvarın 9-da "Torino" ilə çempionat, yanvarın 12-də isə İtaliya Kuboku qarşılaşmalarına hazır ola bilməyəcək. Təcrübəli qolçu çox güman ki, yanvarın 18-də "Kalyari" ilə görüşədək forma yığacaq.

Bu mövsüm İbrahimoviç 10 oyuna 11 qol vurub.

Digər xəbərlər