​"İnter" futbol klubuna yeni prezident təyin edilib

Bakı. 23 dekabr. REPORT.AZ/ Bakının "İnter" futbol klubuna yeni prezident təyin olunub. "Report"un klubun saytına istinadən verdiyi məlumata görə, Müşahidə Şurasının qərarı ilə bu posta Rəşad Qasımov gətirilib.

R.Qasımov bundan öncə Azərbaycan Beynəlxalq Bankı Mühasibatlıq və Büdcə Departamentinin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, "İnter"in əvvəlki prezidenti isə bolqarıstanlı Georgi Nikolov olub.

Xəbər lenti