İngiltərə klubu çempion baş məşqçini istefaya göndərir

Bakı. 28 fevral. REPORT.AZ/ İngiltərənin “Fulhem” komandasının baş məşqçisi Klaudio Ranyeri istefaya göndəriləcək.

“Report” “The Sun”a istinadən xəbər verir ki, klub rəhbərliyi Premyer Liqanın XXVIII turunda səfərdə “Sautqempton”a 0:2 hesablı məğlubiyyətdən sonra 68 yaşlı mütəxəssisi görüşə çağırıb. İtaliyalı məşqçinin bu gün postundan uzaqlaşdırılacağı gözlənilir.

“Fulhem” 17 xalla 19-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, K.Ranyeri 2016-cı ildə “Lester”i İngiltərə çempionu edib. O, ötən ilin noyabrından “Fulhem”ə rəhbərlik edir.

Digər xəbərlər