Gürcüstan, Serbiya və Portuqaliya yığmaları rəqiblərini darmadağın edib

UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilib.

"Report"un məlumatına görə, turun ilk oyun günündə A,B,C və D Liqalarında ümumilikdə 9 qarşılaşma oynanılıb.

A Liqasının 2-ci qrupunda Portuqaliya İsveçrəni qəbul edib. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan 2-ni Kriştianu Ronaldu vurub.

Qrupun digər oyununda İspaniya səfərdə Çexiyaya məğlubiyyətdən hər hissənin sonlarında vurduğu qollarla qurtulub.

B Liqasının 4-cü qrupunda Serbiya evdə Sloveniyanı darmadağın edib, Norveç isə səfərdə İsveç üzərində qələbə qazanıb. Skandinaviyalıların duelində hər iki qolu Erlinq Holann vurub.

C Liqasında 2-ci qrup qarşılaşmasında Kipr evdə Şimali İrlandiya ilə qolsuz heç-heçə edibsə, Yunanıstan səfərdə Kosovoya minimal hesabla qalib gəlib.

4-cü qrupun oyunlarına gəlincə, Şimali Makedoniya səfərdə Cəbəllütariqi 2:0 hesabı ilə yenib. Gürcüstan isə Bolqarıstanı darmadağın edərək, ardıcıl ikinci qələbəsini qazanıb.

Nəhayət, D Liqasında Malta səfərdə San-Marinoya qalib gəlib.

UEFA Millətlər Liqası

II tur

A Liqası

2-ci qrup

22:45. Portuqaliya - İsveçrə - 4:0

Qollar: Vilyam Karvalyu, 15. Kriştianu Ronaldu, 35; 40. Joau Kanselu, 68

Digər xəbərlər