"Gent" 12 ildən sonra Belçika Kubokunu qazanıb

Futbol üzrə Belçika Kubokunun qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, finalda "Anderlext"i məğlub edən "Gent" 12 ildən sonra titula sahib çıxıb.

Brüsseldəki həlledici qarşılaşmanın əsas və əlavə vaxtı qolsuz heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (4:3) Gent şəhərinin eyniadlı təmsilçisi kuboku qazanıb.

Qeyd edək ki, "Gent" bundan əvvəl 3 dəfə ölkə kubokunda qalib gəlib. Komanda sonuncu dəfə 2009/2010 mövsümündə titulu əldə edib.

Digər xəbərlər