Gənc futbolçu "Real"dan ayrıla bilər

Braziliyalı futbolçu Endrik İspaniyanın "Real" klubundan ayrıla bilər.

"Report" "Fichajes"ə istinadən xəbər verir ki, 18 yaşlı hücumçunun gələcəyi sual altındadır.

O, əsas komandada az forma şansı əldə etdiyi üçün məyusdur. "Kral klubu" gənc oyunçunu icarəyə vermək variantını da nəzərdən keçirir.

İngiltərənin "Vest Hem" və Fransanın "Lion" klubu forvardın transferində maraqlıdır.

Qeyd edək ki, Endrik cari mövsüm Madrid təmsilçisinin heyətində 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, cəmi 402 dəqiqə meydanda olub.

Digər xəbərlər