Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünə start verilib.
"Report" xəbər verir ki, turnirin I təsnifat mərhələsinin ilk oyun günündə iki matç keçirilib.
"Qaradağ Lökbatan" "Şəki"ni 12:0 hesabı ilə məğlub edib. "Şəmkir" isə evdə "Ağstafa Gəncləri"nə 1:5 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Azərbaycan Kubokunda I təsnifat mərhələsinə oktyabrın 9-da yekun vurulacaq.