Frits Ştuxlik Uels – Belçika matçına təyinat alıb

AFFA Hakimlər Komitəsinin sədri Fritz Stuchlik beynəlxalq oyuna təyinat alıb.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı funksioner UEFA Millətlər Liqasında A liqasının 4-cü qrupunda Uels – Belçika matçının hakim-inspektoru olacaq.

Görüş iyunun 11-də Kardiff şəhərində keçiriləcək.

Digər xəbərlər