Fransalı dünya çempionu "Fənərbağça"ya keçib

Fransa yığmasının heyətində 2018-ci il dünya çempionatının qalibi olan Adil Rami karyerasını Türkiyənin “Fənərbağça” klubunda davam etdirəcək.

“Report” İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir, Mərakeş əsilli 33 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Raminin son klubu Fransa təmsilçisi “Marsel” olub.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52