DÇ-2022: İsveçrə qalib gəldi, Ukrayna şansını qaçırdı - YENİLƏNİB-2

Futbol üzrə 2022-ci il dünya çempionatının seçmə mərhələsində II tura yekun vurulub.

"Report"un məlumatına görə, ikinci oyun günündə 6 qrupda 15 görüş keçirilib.

B qrupunda İspaniya yığması səfərdə Gürcüstanı çətinliklə, İsveç isə Kosovonu böyük hesabla məğlubiyyətə uğradıb.

C qrupunda İsveçrə evdə Litvanı 1:0, İtaliya səfərdə Bolqarıstanı 2:0 hesabı ilə yenib.

D qrupunda dünya çempionu Fransa millisi səfərdə Qazaxıstana 2:0 hesabı ilə qalib gəldiyi halda, Ukrayna evdə Finlandiya üzərində qələbəni son anda qaçırıb - 1:1.

F qrupunda Danimarka Moldovanı 8:0, Avstriya Farer adaları yığmasını 3:1 hesabı ilə yenib. İsrail yığması isə evdə Şotlandiya ilə heç-heçə edib - 1:1.

I qrupunda İngiltərə səfərdə Albaniyaya 2:0, Macarıstan San Marinoya, Polşa isə Andorraya 3:0 hesabı ilə qalib gəlib.

J qrupunda isə Ermənistan İslandiyanı 2:0, Şimali Makedoniya Lixtenşteyni 5:0, Almaniya Rumıniyanı 1:0 hesabı ilə üstələyib.

DÇ-2022, seçmə mərhələ
II tur
28 mart

B qrupu
20:00. Gürcüstan - İspaniya - 1:2

Qollar: Xviça Kvaratsxeiliya, 44 - Ferran Torres, 56. Dani Olmo, 90+2

Qırmızı vərəqə: Levan Şengeliya, 90+4 (Gürcüstan)

Digər xəbərlər