Fransa klubunun yeni baş məşqçisi müəyyənləşib

Fransa təmsilçisi "Lans"ın yeni baş məşqçisi müəyyənləşib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "sarı-qırmızılar"ı Uill Still çalışdıracaq.

31 yaşlı mütəxəssis yeni komandası ilə 3 illik müqavilə bağlayıb.

U.Still son olaraq Fransanın digər kollektivi “Reyms”ə rəhbərlik edib.

Qeyd edək ki, "Lans" kollektivi Fransa Liqa 1-də 2023/2024 mövsümünü 51 xalla 7-ci sırada bitirib.

Digər xəbərlər