Fransa klubunun yeni baş məşqçisi bəlli olub

Fransanın "Lill" kollektivinin yeni baş məşqçisi müəyyənləşib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Liqa 1 təmsilçisini qarşıdakı 2 il müddətində Bruno Cenesio çalışdıracaq.

57 yaşlı mütəxəssis bu postda Paulu Fonsekanı əvəzləyib.

Qeyd edək ki, B.Cenesio daha əvvəl Fransanın "Lion" və "Renn", həmçinin Çinin "Beytszin Qoan" klublarını çalışdırıb.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52