"Fiorentina"nın yeni baş məşqçisi müəyyənləşib

İtaliyanın "Fiorentina" klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Report" Florensiya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Stefano Pioliyə həvalə olunub.

59 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, S.Pioli 2017-2019-cu illərdə də "Fiorentina"ya rəhbərlik edib. Mütəxəssisin son klubu "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı) olub.

Digər xəbərlər

Bavariyada məşqçi təyinatı olub 02 yanvar, 2026 / 13:31