Filippo İnzaginin "Milan"ın baş məşqçisi vəzifəsindən istefa xəbəri yayılıb

Bakı. 4 iyun. REPORT.AZ/ İtaliyanın "Milan" futbol komandasının baş məşqçisi Filippo İnzagi istefaya göndərilib. "Report"un "Sky Sport Italia"ya istinadən verdiyi məlumata görə, bu barədə rəsmi qərar tezliklə açıqlanacaq. 

Daha öncə F.İnzagini bu vəzifədə Sinişa Mihayloviçin əvəzləyəcəyi bildirilib. S.Mihayloviç ötən mövsüm "Sampdoriya"da çalışıb. 

Qeyd edək ki, "Milan" İtaliya çempionatında 10-cu yeri tutub. 

Digər xəbərlər

Qarabağ 6 000 manat cərimələnib 28 oktyabr, 2026 / 16:20