Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Sərdar Əziz əməliyyat olunub.
"Report" İstanbul təmsilçisinin rəsmi "X" hesabına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi sol diz biləyindən cərrahi müdaxiləyə ehtiyac duyub.
Əməliyyat Almaniyanın Münhen şəhərində gerçəkləşib.
Qeyd edək ki, Sərdar Əziz 2019-cu ildən "Fənərbağça"nın formasını geyinir.