"Fənərbağça"nın futbolçusu Bundesliqa klubuna keçdi

Türkiyənin "Fenerbağça" klubunun futbolçusu Ömer Faruk Beyaz karyerasını Almaniyada davam etdirəcək.

"Report"un məlumatına görə, 18 yaşlı yarımmüdafiəçi "Ştutqart" klubu ilə anlaşıb.

Beyaz yeni klubu ilə 5 illik müqavilə imzalayıb. O, mövsümün sonunda Bundesliqa təmsilçisinə qoşulacaq.

Qeyd edək ki, "Fənərbağça"nin yetirməsi olan Ömer Faruk Beyaz 2020-ci ildən əsas komandadadır.

Digər xəbərlər