"Fənərbağça"nın futboçusu ərəb klubuna keçib

Türkiyənin "Fənərbağça" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

"Report" İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Marsel Tisseran Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubuna keçib.

Konqo Demokratik Respublikasından olan 29 yaşlı yarımmüdafiəçi 2020-ci ilin sentyabrında Almaniya "Volfsburq"undan "Fənərbağça"ya keçmişdi.

Digər xəbərlər