Bakı. 14 May. REPORT.AZ/ 17 yaşadək futbolçular arasında Bakıda keçirilən Avropa çempionatının ikinci yarımfinalçısı müəyyənləşib.
“Report”un məlumatına görə, Portuqaliya millisinin ardınca Almaniya yığması da 1/4 finalın qalibi olub.
Bundestim Belçikanı 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolun müəllifi həmyerlimiz Renat Dadaşov olub.
Hücumçunun 46-cı dəqiqədə vurduğu qol almanlara qələbə qazandırıb. Bundestimin yarımfinalda rəqibi İspaniya - İngiltərə cütünün qalibi olacaq.
Xatırladaq ki, Belçika Azərbaycan millisinin yer aldığı “A” qrupunda 2-ci yerin sahibi kimi 1/4 finala yüksəlib, Almaniya isə “B” qrupunun qalibi olub.