Ernan Krespo Braziliya klubundan istefa verib

Braziliyanın "San-Paulu" klubu baş məşqçisi Ernan Krespo ilə yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, buna komandanın uğursuz nəticələri səbəb olub. Kollektiv hazırda 29 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, Krespo bu ilin fevralında "San-Paulu" ilə 2 illik müqavilə imzalamışdı.

Digər xəbərlər