Erlinq Holann 4 tur ərzində Premyer Liqa komandalarından daha çox qol vurub

İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holann Premyer Liqanın 2024/2025 mövsümündə geridə qalan 4 tur ərzində digər komandalardan daha çox qol vurub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı norveçli futbolçu hazırda 9 qolla bombardirlər siyahısına rəhbərlik edir.

Onun komandasının hesabında 11 qol var. Cari mövsümdə Mançester təmsilçisindən sonra ən çox qol vuran komanda "Çelsi"dir (8). Bu da o anlama gəlir ki, Norveç millisinin üzvü digər Premyer Liqa klublarını qol baxımından üstələyib.

Qeyd edək ki, "Mançester Siti" komandası hazırda 12 xalla turnir cədvəlinin lideridir.

Digər xəbərlər

London klubu antirekorda imza atıb 21 dekabr, 2025 / 12:37