Emil Balayevin çıxış etdiyi komanda Qazaxıstan Kubokunda yarımfinala yüksəlib

Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Tobol" klubu Qazaxıstan Kubokunda yarımfinala vəsiqə qazanıb.

"Report" xəbər verir ki, Kostanay təmsilçisi 1/4 finalda "Kayrat"ı 5:1 hesabı ilə üstələyib. Balayev matça start heyətdə başlasa da, 40-cı dəqiqədə zədələndiyi üçün əvəzlənib. 

Qeyd edək ki, "Tobol" Qazaxıstan çempionatında 9 oyundan sonra 20 xalla ikinci pillədə qərarlaşıb. Bir matç artıq keçirən "Astana" isə 25 xalla birinci yerdədir. 

Digər xəbərlər