Elxan Məmmədov UEFA-da komitə sədri seçilib

AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib. 

"Report"un məlumatına görə, bununla bağlı UEFA-dan AFFA-ya rəsmi məlumat daxil olub.

Seçki Bakıda ilk dəfə keçirilmiş UEFA İcraiyyə Komitəsinin iclasına təsadüf edib.  

Qeyd edək ki, Elxan Məmmədov 2008-ci ildən qeyd olunan komitədə sədr müavini vəzifəsində çalışırdı.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52