Əli Bəşirov zədə səbəbindən U-20 yığmasının heyətindən çıxarılıb

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Bu barədə "Report"a AFFA-dan bildirilib.

Zədə səbəbindən "Qarabağ"ın futbolçusu Əli Bəşirovun əvəzinə heyətə "Qəbələ"nin oyunçusu Ariz Kərimov cəlb olunub.

Qeyd edək ki, U-20 aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək.

Digər xəbərlər