Bakı. 13 yanvar. REPORT.AZ/ Ekvatorial Qvineyanın prezidenti Teodoro Obianq Nqema Mbasoqo kasıbların Afrika Millətlər Kuboku-2015-in oyunlarına baxmaları üçün 40 min bilet alıb.
"Report" xəbər verir ki, dövlət başçısı, həmçinin ölkənin imkanlı şəxslərini də buna səsləyib.
Afrika Kuboku 17 yanvar - 8 fevral tarixlərində Ekvatorial Qvineyada keçiriləcək.
Turnirin start matçında Ekvatorial Qvineya Konqo yığması ilə üz-üzə gələcək.