Dünya çempionatı: Türkiyə millisi Bakıda Ukraynanı məğlub edib

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir matç keçirilib.

"Report"un məlumatına görə, Ukrayna və Türkiyə yığmaları C qrupunun oyununda üz-üzə gəliblər.

Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada qardaş ölkə təmsilçisi 3:1 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, Türkiyə millisi C qrupundakı ilk matçında Macarıstanla heç-heçə edib - 1:1. İngiltərə isə Ukraynaya 4 cavabsız qolla qalib gəlib.

Foto: Samirə Həsənova

Digər xəbərlər

Neftçi 5 il sonra ilkə imza atıb 16 fevral, 2026 / 10:36