Dele Alli karyerasını İtaliyada davam etdirə bilər

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Dele Alli karyerasını İtaliyada davam etdirə bilər.

"Report" "Il Secolo XIX-" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun xidmətində "Cenoa" maraqlıdır.

A Seriyası təmsilçisi artıq oyunçu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, D.Alli 2023-cü ilin fevralında "Beşiktaş"da icarədə olarkən ciddi zədə alıb və o vaxtdan oynamır. Onun "Everton" klubu ilə müqavilə müddəti bu yay başa çatıb və hazırda azad agentdir.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52