Futbol üzrə dünya çempionatında İngiltərəyə qalib gələn Argentina növbəti finalçı olub.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.
Baxmayaraq ki, matçda hesabı avropalılar açıblar. 55-ci dəqiqədə Entoni Qordon ingilis azarkeşləri ayağa qaldırıb. Bununla belə, geri dönüş etməyi bacaran "tanqoçular" arıdıcıl iki qol vurmağa müvəffəq olublar.
85-ci dəqiqədə Enzo Fernandes, 90+2-ci dəqiqədə isə Lautaro Martines fərqləniblər.
Argentinanın finaldakı rəqibi İspaniya seçməsi olacaq. İngiltərə isə üçüncü yer uğrunda matçda Fransa ilə üz-üzə gələcək.
Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyununda üçüncü qol vurulub.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabda irəli çıxıb - 2:1.
90+2-ci dəqiqədə Lautaro Martines fərqlənib.
Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesaba tarazlıq gətirib - 1:1.
85-ci dəqiqədə Enzo Fernandes uzaq məsafədən qapını dəqiq nişan alıb.
Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında avropalılar hesabda irəli çıxıblar - 1:0.
55-ci dəqiqədə Entoni Qordon fərqlənib.
Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında qapılara qol vurulmayıb - 0:0.
Qarşılaşmanı ABŞ-dən olan FIFA referisi İsmail Elfat idarə edir.
Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyununda ilk hissə bitib.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında qapılara qol vurulmayıb - 0:0.
Qarşılaşmanı ABŞ-dən olan FIFA referisi İsmail Elfat idarə edir.
Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyunu başlayıb.
"Report"un məlumatına görə, yarımfinal mərhələsinin matçı Atlanta stadionunda keçirilir.
Qarşılaşmanı ABŞ-dən olan FIFA referisi İsmail Elfat idarə edir.