DÇ-2026: İngiltərə Fransaya 6:4 hesabı ilə qalib gələrək dünya üçüncüsü olub - YENİLƏNİB-11

Futbol üzrə İngiltərə millisi 2026-cı il dünya çempionatında üçüncü yerin sahibi olub.

"Report"un məlumatına görə, Fransa ilə qarşılaşan ingilislər bürünc medal uğrunda matçda 6:4 hesablı qələbəyə seviniblər.

Tomas Tuxelin rəhbərlik etdiyi kollektivin heyətində Deklan Rays (3), Ezri Konsa (18), Bukayo Saka (37, 45+1, 87-p.) və Cud Bellinqem (90+8) fərqləniblər. "Xoruzlar"dan isə Kilian Mbappe (48, 66) Bradli Barkola (54) və Usman Dembele (90+6) adını tabloya yazdırıblar.

Qeyd edək ki, DÇ-2026-da final matçı saat 23:00-da İspaniya və Argentina yığmaları arasında keçiriləcək.

Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda səkkizinci qol vurulub.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən üçüncü yer uğrunda matçda ingilislər fərqi artırıblar - 5:3.

87-ci dəqiqədə Bukayo Saka het-trik edib.

Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda yeddinci qol vurulub.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən üçüncü yer uğrunda matçda fransızlar hesab arasındakı fərqi azaldıblar - 3:4.

66-cı dəqiqədə Kilian Mbappe dubl edib.

Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda altıncı qol vurulub.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən üçüncü yer uğrunda matçda fransızlar hesab arasındakı fərqi azaldıblar - 2:4.

54-cü dəqiqədə Bradli Barkola fərqlənib.

Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda beşinci qol vurulub.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən üçüncü yer uğrunda matçda fransızlar hesab arasındakı fərqi azaldıblar - 1:4.

48-ci dəqiqədə Kilian Mbappe fərqlənib.

Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən üçüncü yer uğrunda matçda ingilislərin üstünlükləri davam edir - 4:0.

Qarşılaşmanı Venesueladan olan FIFA referisi Xesus Valensuela idarə edir.

Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda ilk hissə bitib.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən üçüncü yer uğrunda matçda ingilislər fasiləyə dörd toplu üstünlüklə yollanıblar - 4:0.

Qarşılaşmanı Venesueladan olan FIFA referisi Xesus Valensuela idarə edir.

Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda dördüncü qol vurulub.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən üçüncü yer uğrunda matçda ingilislər fərqi artırıblar - 4:0.

45+1-ci dəqiqədə Bukayo Saka dubl edib.

Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda üçüncü qol vurulub.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən üçüncü yer uğrunda matçda ingilislər fərqi artırıblar - 3:0.

37-ci dəqiqədə Bukayo Saka fərqlənib.

Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən üçüncü yer uğrunda matçda ingilislər fərqi artırıblar - 2:0.

18-ci dəqiqədə Ezri Konsa başla dəqiq oynayıb.

Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyununda hesab açılıb.

"Report"un məlumatına görə, üçüncü yer uğrunda matçda İngiltərə ilk qola sevinib.

3-cü dəqiqədə Deklan Rays qapını dəqiq nişan alıb.

Futbol üzrə dünya çempionatının Fransa - İngiltərə oyunu başlayıb.

"Report"un məlumatına görə, üçüncü yer uğrunda matç Mayami stadionunda keçirilir.

Qarşılaşmanı Venesueladan olan FIFA referisi Xesus Valensuela idarə edir.

Digər xəbərlər