FİFA əlverişsiz hava şəraiti səbəbindən DÇ-2026-nın Meksika və İngiltərə milliləri arasında keçiriləcək 1/8 final matçını təxirə salmağı nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qarşılaşma Mexiko şəhərindəki "Asteka" stadionunda keçiriləcək. Matçın iyulun 6-na keçən gecə, Bakı vaxtı ilə saat 03:00-da başlaması planlaşdırılır.
Mənbənin məlumatına görə, oyunun başlama vaxtı yerli vaxtla saat 21:00-a təxirə salına bilər. Lakin hələ yekun qərar verilməyib.