DÇ-2022: Türkiyə və Niderlanddan darmadağın, Ukrayna Fransa ilə heç-heçə edib

Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində V turun daha 7 oyunu keçirilib.

"Report"un məlumatına görə, qarşılaşmalar D, F, G və H qruplarında baş tutub.

D qrupunda Fransa səfərdə Ukraynanın müqavimətini qıra bilməyib - 1:1. F qrupunda İsrail Avstriyanı, Şotlandiya Moldovanı, Danimarka isə Farer adalarını məğlub edib.

G qrupunda yer alan Türkiyə millisi səfərdə Cəbəllütariqlə qarşılaşıb. Görüş "ay-ulduzlular"ın 3:0 qələbəsi ilə başa çatıb. Qolları 54-cü dəqiqədə Halil Dervişoğlu, 65-ci dəqiqədə Hakan Çalhanoğlu, 83-cü dəqiqədə isə Kenan Karaman vurublar. Bu qrupun digər görüşündə Niderland evdə Monteneqronu darmadağın edib.

H qrupunda isə Xorvatiya səfərdə Slovakiyaya qalib gəlib.

D qrupu

22:45. Ukrayna - Fransa - 1:1

Qollar: Nikolay Şaparenko, 44 - Antoni Marsyal, 50

Digər xəbərlər