DÇ-2022-nin seçmə mərhələsinin ilk turuna yekun vurulub.
"Report"un məlumatına görə, ikinci oyun günündə 5 qrupda 13 görüş keçirilib. Gecənin sensasiyası İspaniyanın evdə Yunanıstanı məğlub edə bilməməsi olub.
Əvəzində İngiltərə San Marino, Almaniya İslandiya üzərində darmadağınla, İtaliya Şimali İrlandiya üzərində inamlı qələbə qazanıb.
Polşa isə səfərdə Macarıstanla qarşılaşmada əzmkar heç-heçəyə nail olub.
DÇ-2022-nin seçmə mərhələsi
I tur
25 mart
B qrupu
23:45. İspaniya - Yunanıstan - 1:1
Qollar: Alvaro Morata, 33 - Anastasios Bakasetas, 57 (pen.)